Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Dünya şöhrətli “Pianoçu" filminin rejissorunun tükürpədən həyatı - FOTO

Dünya şöhrətli “Pianoçu

Tarix: 5 Noyabr 2023 09:25

"Oskar" mükafatında "Ən yaxşı rejissor" da daxil olmaqla bir çox nominasiyalarda mükafatlar alan dünya şöhrətli polşalı rejissor Roman Polanskinin həyatı ən az onun filmləri qədər maraqlıdır.

Hətta, 2019-cu ilin avqustunda nümayişi planlaşdırılan Kventin Tarantinonun "Once Upon A Time In Hollywood" filmi Roman Polanskinin faciəvi həyat hekayəsindən ilhamlanıb.

Milli.Az sfera.az-a istinadən ən az "Pianoçu" filmi qədər maraqlı olan rejissorun həyatını təqdim edir.

Roman Polanskinin həyatı dəhşətli təfərrüatlarla doludur.

Roman Polanskinin kino karyerası nə qədər uğurlu olsa da, şəxsi həyatı bir o qədər da mübahisəli və qalmaqallıdır.

Polanski xüsusilə son illərdə ona qarşı açılan təqib işi ilə ən çox müzakirə edilən adlardan birinə çevrilib. Üstəlik, bu ona qarşı açılan ilk təqib işi olmayıb. O daha əvvəl də iki dəfə belə hallarla gündəmə gəlmişdi. Cinsi zorakılığa görə həbs edilən məşhur rejissorun keçmişi də indiki qədər tükürpədici detallarla doludur.

Yəhudi əsilli Polanskinin faciəsi 1940-cı ildə nasist işğalı səbəbindən bütün ailəsinin nasist həbs düşərgəsinə göndərilməsi ilə başlayıb.

Ailəsi nasist həbs düşərgələrinə göndərilməzdən bir qədər əvvəl atası Roman Polanskini katolik ailəsinə həvalə edərək onun həyatını xilas edə bilib. Müharibə boyu almanlardan qaçaraq kilsəyə bağlı evlərdə sağ qalmağa çalışıb. Anası Osvensim həbs düşərgəsində öldükdən sonra düşərgədən sağ çıxmağı bacaran atası ilə həyatını davam etdirməyə başlayır.

Bu dövrdə o, dünyanın ən məşhur kino məktəbi olan "Lodz" Kino Məktəbində rejissorluq təhsili almağa başlayır.

"Lodz" Kino Məktəbində tələbəlik dövründə bir çox qısametrajlı və bədii filmləri sınayıb. O, qara yumor üslubunda fərqli perspektivə malik olduğunu "İki adam və qarderob", "Yağ və arıq" kimi qısametrajlı filmlərlə sübut edir. Əsl tanınması "Suda Bıçaq" filmi ilə gəlib. Bu filmi fərqli edən odur ki, müharibədən sonrakı Polşada çəkilmiş filmlər arasında müharibə mövzusundan bəhs olunmayan yeganə filmdir.

Polanski tezliklə yetkin olduğunu sübut edir və sürətlə yüksəlməyə başlayır.

İngiltərədə çəkdiyi "Repulsion" filmi ilə Berlin Film Festivalının Gümüş Ayı mükafatını və "Cul-De-Sac" filmi ilə eyni festivaldan Qızıl Ayı mükafatını alıb. 1968-ci ildə çəkdiyi uğurlu filmlərlə Hollivuda gedən Roman Polanski orada çəkdiyi "Rozmarinin körpəsi" triller filmi ilə adını bütün dünyaya tanıtmağı bacarıb.

Həyatının sevgisi ilə qarşılaşan Polanski ən böyük faciəni yaşayacağından xəbərsiz idi.

Roman Polanski "Qorxmaz vampir ovçuları" filminə aktyorlar axtararkən getdiyi gecə klublarının birində Şeron Teyt ilə tanış olub. Çox gözəl qız olan Şeron bir çox yarışmalarda birinci yer qazanıb və gözəlliyi sayəsində diqqətləri üzərinə çəkməyi bacarıb. Şeron təkcə rolu almır, həm də Polanskinin ürəyini oğurlayır. Film bitəndə Polanski Şerona aşiq olduğunu etiraf edir.

Sevgili olan cütlük 1967-ci ildə Amerikaya qayıdır.

Şeron yeni film, Polanski isə məşhur "Rosemary's Baby" filmini çəkəcəkdi. Şeron da bu filmdə qısametrajlı rol alıb, çəkiliş zamanı ona da çox kömək edib. Cütlük 1967-ci ilin yayında İngiltərəyə qayıdıb. Bütün Britaniya mətbuatı onların arxasınca düşüb.

"Playboy" jurnalı 1967-ci ili Şeron Teyt ili elan edib.
1968-ci ilin əvvəlində İngiltərədə evlənən cütlük Polanskinin Londondakı evinə köçüblər.
Ər və arvad sənətçilərdən ibarət geniş dostları ilə bu şəhərdə çox əylənirdilər. Həmin ilin sonunda Şeron hamilə qalaraq, 20 iyul 1969-cu ildə Amerikaya qayıtdı. Polanski avqustun 12-də gələcəkdi. Körpənin doğulacağı həmin günlərə hesablanmışdı.

Təəssüf ki, heç bir şey onların planlaşdırdıqları kimi getməyəcək və Şeron dəhşətli qətlin qurbanı olacaqdı.

9 avqust 1969-cu ildə Şeronun yaxın dostları axşam yeməyindən sonra Beverli Hillsdəki evə gəldilər. Bunlar Hollivudun məşhur bərbəri, vaxtilə Şeronla nişanlı olan Cey Sebrinq, "Folger Coffeehouses"un sahibi Abiqail Folger (Folger ailəsinin sosialist-fəal qızı) və onun dostu, aktyor və yazıçı Voytek Frykovski idi.

Ertəsi gün səhər evə gələn qulluqçunun qarşılaşdığı mənzərəni təsvir etmək çox qorxulu idi. Hər yer - xalçalar, mebellər, oturacaqlar, divarlar qan içində idi. Ən narahatedici mənzərə isə sonradan Şeron Teytə aid olduğu anlaşılan divarda qanla yazılmış "Donuz" sözü olub.

Qurbanlar tüfənglə vurularaq öldürülüb, lakin onların bədənlərində çoxlu bıçaq yaraları da var idi.
Şeron Teytin bədənində 16 bıçaq yarası aşkar edilib. Boynundan uzun bir kəndir bağlanmışdı. Sebrinq silahla vurulmuşdu. Folgerə 51 bıçaq zərbəsi vurulub. Frykovski həm bıçaqlanıb, həm də ağır əşya ilə döyülüb. Folger və Frykovskinin cəsədləri bağda, evdən bir qədər kənarda idi. Bu, onların qaçmağa çalışarkən tutularaq öldürüldüyünü göstərirdi. Evin bütün siqnalizasiya və telefon xətləri də kəsilib.

Qətllər Roman Polanskini böyük psixoloji çöküşə saldı...

O, qatillər tutulana qədər paranoyak vəziyyətdə yaşayıb. İllər sonra yazacağı tərcümeyi-halında Teytin ölümündən sonra onun heç bir dini inancının qalmadığını qeyd edəcəkdi. O vaxt onun başına gələn ən yaxşı şey isə hadisə baş verən zaman Londonda olması idi.

Avtomobil oğurluğuna görə həbs olunan qadın kamerada olan dostlarına Şeron Teyt qətli ilə bağlı bəzi şeylər danışıb və bununla öyünüb.

Syuzan Atkins adlı bu qadın dərhal sorğu-sual edilib və məlum oldu ki, qətl bir kultun (sekta) işidir. Susan Atkins də bu kultun üzvü olub və Beverli Hillsdəki qətli tam təfərrüatı ilə təsvir edib. Şeronu və doğulmamış körpəsini öldürən o idi. Dörd nəfər qətli birlikdə törədib. Dəstənin lideri Çarlz Menson adlı psixopat olub.

Polanskinin isə həyatı getdikcə pisləşirdi.

Həyat yoldaşının ölümündən sonra bir müddət kinoya ara verən rejissor 1974-cü ildə "Çin məhəlləsi" filmi ilə geri qayıdıb.

Lakin 1977-ci ildə 13 yaşlı azyaşlı qızla cinsi əlaqədə olduğu üçün onun barəsində həbs qərarı çıxarılıb. Bundan sonra Polanski Amerikadan qaçaraq Parisdə məskunlaşıb və Fransa vətəndaşı olub. 1979-cu ildə Nastassya Kinskinin baş rolda olduğu "Tess" filmini çəkir. Böyük büdcə ilə çəkilən və 3 saatdan çox davam edən film Polanskiyə 3 Oskar və bir çox mükafatlar gətirib.

O, 1986-cı ildə "Pirates" filmlərini və 1987-ci ildə Harrison Fordun baş rolda oynadığı "Frantic" trillerini çəkib.

Rejissorluq karyerasını "Acı ay" (1992) və "Ölüm və qız" (1994) filmləri ilə davam etdirib. 1999-cu ildə həyat yoldaşı Emanuelle Siegner və Conni Deppin rol aldığı "Doqquzuncu Qapı" filmini çəkib. 2002-ci ildə öz həyat hekayəsindən ilhamlanaraq yazdığı Adrien Brodynin baş rolda oynadığı "Pianoçu" filmi ilə 3 Oskar, 2 BAFTA və Palma budağı mükafatı alıb. ABŞ-a girişi qadağan olunduğu üçün Harrison Ford onun adından "Ən yaxşı rejissor" mükafatını alıb. İkinci Dünya Müharibəsində Varşavadan bəhs edən film öz növünün ən önəmli filmlərindən birinə çevrilib və bütün dünyada böyük səs-küyə səbəb olub.

2019-cu ilin avqustunda nümayişi olunan "Once Upon A Time In Hollywood" filmi Polanskinin bu faciəli həyat hekayəsindən ilhamlanıb.

1969-cu ilin yayında Los-Ancelesdə cərəyan edən film kino sənayesinə nüfuz etməyə çalışan bir serialda rol alan kişi televiziya aktyorunun hekayəsindən bəhs edir. Şeron Teyt və onun dörd dostunun Çarlz Mansonun tərəfdarları tərəfindən törədilmiş dəhşətli qətli isə filmin arxa planını təşkil edir.

Milli.Az


Etiketlər:  Dünya şöhrətli Pianoçu filminin rejissorunun tükürpədən həyatı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ