Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yeni ilə qədər Ukrayna buranı ələ keçirəcək - Svitan

Yeni ilə qədər Ukrayna buranı ələ keçirəcək - Svitan

Tarix: 5 Noyabr 2023 18:32

Yeni ilə qədər Ukrayna ordusu Tokmakda mühüm yol qovşaqlarını götürə, Krımdan Rusiyaya quru dəhlizini bağlaya bilər.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu ukraynalı hərbi eksprt Roman Svitan deyib.

Onun sözlərinə görə, yağışlar səbəbindən Donbasda cəbhə sakitləşəcək, buna görə də Ukrayna ordusu Zaporojye istiqamətində hərəkətə başlayacaq:

"Bu istiqamətdə torpaq Donbasdakı kimi deyil. Buna görə də Ukrayna ordusu yağışlı mövsümdə belə tırtıllı maşınlarda rahat hərəkət edə biləcək. Yeni ildən öncə Tokmaka gedən dəmir yolu istiqamətində irəliləyişlərin olduğunu görə bilərik. Bu dəmir yolu qovşağı boyunca olan xətt Rusiyanın Krımdan gələn əsas quru dəhlizidir və onlar bu dəhlizlə texnikanı cəbhənin dərinliklərinə çəkir. Buna görə də ora nəzarət son dərəcə vacibdir".

Milli.Az


Etiketlər:  Yeni ilə qədər Ukrayna buranı ələ keçirəcək Svitan


RƏYLƏR