Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyə ordusu xüsusi təhlükəli terrorçunu zərərsizləşdirdi

Türkiyə ordusu xüsusi təhlükəli terrorçunu zərərsizləşdirdi

Tarix: 4 Noyabr 2019 12:36

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyə Silahlı Qüvvələrinin və kəşfiyyat təşkilatının İraqın şimalında keçirdiyi əməliyyat nəticəsində PKK terror təşkilatının “səhra komandiri” Müslih İke zərərsizləşdirilib.

Trend-in məlumatına görə, əməliyyat İraqın şimalındakı Metina bölgəsində keçirilib.

Qeyd olunur ki, M.İke Türkiyənin hərbi hissələrinə hücumların təşkilatçısı olub, eləcə də ölkə ərazisində terror aktları planlaşdırırmış.

Türkiyə Müdafiə Nazirliyi İraqın şimalında “Pəncə” antiterror əməliyyatının davam etdiyini bildirib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Türkiyə ordusu xüsusi təhlükəli terrorçunu zərərsizləşdirdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ