Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Dəhşətli QƏZA: Turistlərlə dolu avtobus aşdı - Ölən və yaralananlar var

Dəhşətli QƏZA: Turistlərlə dolu avtobus aşdı - Ölən və yaralananlar var

Tarix: 5 Noyabr 2023 23:20

Çin Respublikası - Tayvanın İlan qəzasında turist avtobusunun iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində azı 1 nəfər ölüb, 38 nəfər yaralanıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə adanın Mərkəzi İnformasiya Agentliyi məlumat yayıb.

Bildirilib ki, hadisə Taypinşan Meşə Qoruğuna gedən yolda baş verib.

İlkin araşdırmalara görə, avtobusun dağdan enərkən əyləc sistemi sıradan çıxıb. Sürücü əl əyləcini tətbiq etsə də, avtomobil dayanmayıb. Avtobus yoldan çıxaraq çəpərə dəyib, daha sonra qayaya çırpılaraq aşıb.

Avtomobildə 42 nəfər, o cümlədən Taoyuan şəhərindən olan 40 turist, həmçinin bələdçi və sürücü olub. Yoxlama sürücünün ayıq olduğunu göstərib. Yeddi nəfər ağır yaralanıb, daha beş nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir.

Milli.Az


Etiketlər:  Dəhşətli QƏZA Turistlərlə dolu avtobus aşdı Ölən yaralananlar var


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ