Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Liverpul” son anda məğlubiyyətdən xilas oldu

“Liverpul” son anda məğlubiyyətdən xilas oldu

Tarix: 5 Noyabr 2023 23:44

İngiltərə Premyer Liqasının 11-ci turunda autsayder "Luton Taun" "Liverpul"u qəbul edib.

Sonxeber.net report-a istinadən xəbər verir ki, dramatik keçən qarşılaşmada qollar matçın sonuna təsadüf edib.

Oyunun birinci hissəsində "qırmızılar"ın təzyiqinə baxmayaraq, qolsuz başa çatıb. İkinci hissədə isə "Liverpul"un hücumlarının kəsəri azalıb. 80-ci dəqiqədə "Liverpul"un növbəti hücumlarının birində topu ələ keçirən "papaqçılar" qonaqları əks-hücumda yaxalaraq hesabı açıblar: "Mançester Yunayted"in sabiq yarımmüdafiəçisi Tahit Çonq qola imza atıb. Niderlandlı futbolçuya məhsuldar ötürməni isə cari komandasında icarə əsasında oynayan "Mançester Siti"yə məxsus İssa Kabore edib. Bununla belə, Mersisayd təmsilçisi gec də olsa toparlanaraq "Luton Taun"un qapısına yol tapa bilib. Oyunun əsas vaxtına əlavə edilmiş 5-ci dəqiqədə kolumbiyalı Luis Dias başla topu qapıya göndərərək yekun hesabı müəyyənləşdirib - 1:1. Hücumçu qolu qaçırılmış valideyninə həsr edib.

Qeyd edək ki, bu nəticədən sonra "Luton Taun" 6 xalla turnir cədvəlində 17-ci pilləyə yüksəlib. Yurgen Kloppun yetirmələri isə 24 xalla 4-cüdən 3-cü pilləyə qalxıblar.

"Papaqçılar"ın liqada növbəti oyunu səfərdə "Mançester Yunayted"ə qarşı, "Liverpul"un - evdə "Brentford"a qarşı olacaq.


Etiketlər:  Liverpul anda məğlubiyyətdən xilas oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ