Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Noyabr 2023 08:38
Rusiyalı mütəxəssislər ulduzlararası fəzanın tədqiqi və kosmik cihazın Günəş sistemindən kənara uçması layihəsini hazırlayırlar.
Sonxeber.net report-a istinadən bildirir ki, bu barədə noyabrın 5-də Keldış Mərkəzinin ("Roskosmos" dövlət korporasiyasının bir hissəsi) baş direktoru Vladimir Koşlakov deyib.
"İndi ulduzlararası məkanın tədqiqi üçün layihə formalaşdırılır və Günəş sistemindən kənara bir cihazın uçuşu ilə kosmik təcrübə hazırlanır", - o vurğulayıb.
Koşlakov əmin edib ki, qurğu Keldış Mərkəzində hazırlanmış dünyanın ən güclü plazma mühərriki ilə təchiz olunacaq. O əlavə edib ki, cihaz uzun illər işləyə biləcək.