Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ceyhun Bayramov Rumıniya Baş naziri ilə görüşüb

Ceyhun Bayramov Rumıniya Baş naziri ilə görüşüb

Tarix: 6 Noyabr 2023 15:45

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rumıniya Baş naziri Marçel Çolaku ilə görüşüb.

Milli.Az xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin sosial şəbəkə hesabında bildirilib.

Bildirilib ki, tərəflər ikitərəfli və regional gündəmdə duran məsələlərin geniş spektrini müzakirə ediblər və Azərbaycanla Rumıniya arasında strateji tərəfdaşlığı inkişaf etdirmək barədə razılığa gəliblər.

Xatırladaq ki, 5 noyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Rumıniyaya rəsmi səfər edib.

Səfər çərçivəsində nazir Ceyhun Bayramovun Rumıniya xarici işlər naziri və digər rəsmi şəxslərlə yüksək səviyyəli görüşlərinin keçirib.

Milli.Az


Etiketlər:  Ceyhun Bayramov Rumıniya Baş naziri ilə görüşüb


RƏYLƏR