Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Dilan Polatın həbsxana geyimləri - SİYAHI

Dilan Polatın həbsxana geyimləri - SİYAHI

Tarix: 6 Noyabr 2023 21:00

Bir müddət əvvəl geyindiyi hər paltarla gündəm yaradan tanınmış bloqer Dilan Polatın həbsxanada nə geyinəcəyi açıqlanıb.

Xəbər verdiyimiz kimi, son günlər maqazin gündəmini zəbt edən Türkiyənin məşhur sosial media fenomeni Dilan Polat və ailəsi həbs edilib.

4 il əvvələ qədər doğum fotoqrafçılığı ilə tanınan Dilan Polat qısa zamanda Türkiyə və dünyada 130 gözəllik mərkəzi açıb. 

Həyat yoldaşı Engin Polat isə 4 il əvvələ qədər kiçik inşaat işləri ilə məşğul olub. 

Qısa zamanda təmtəraqlı həyata keçən cütlük bir neçə gün əvvəl çirkli pulların yuyulması, vergi qanununun pozulması və qanunsuz  mərc və şans oyunlarında iştirakda ittiham olunaraq həbs ediliblər.

Cahi-cəlallı yaşayışı, bahalı geyimləri ilə sosial mediada gündəmdən düşməyən Dilan Polatın həbsxanada hansı geyimlərdən və aksessuarlardan istifadə edəcəyi məlum olub. 

Milli.Az lent.az-a istinadən həmin geyim və aksessuarların siyahısını təqdim edir:

Bir palto, üç köynək, bir gödəkçə, iki pijama dəsti, iki üst geyimi, bir idman ayaqqabısı, dörd şalvar və ətək, bir cüt qış ayaqqabısı, iki don, bir idman kostyumu, bir qol saatı, dörd köynək və iki sviter. 

Burda deyiblər, kiminin axırı, kiminin əvvəli...

Hər gün bahalı geyimlərini reklam edərək ucuz paltarlar geyinən insanları aşağılayan Dilan Polata da həmin paltarları həbsdə geyinmək qismət oldu.

Milli.Az


Etiketlər:  Dilan Polatın həbsxana geyimləri SİYAHI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ