Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Noyabr 2023 22:20
Rusiya öz qüvvələrini artıra, Ukraynaya qarşı müharibədə itkilərinə məhəl qoymaya bilər.
Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, bunu Avropa Birliyi diplomatiyasının rəhbəri Jozef Borrell deyib.
Diplomat vurğulayıb ki, müttəfiqlər Ukraynaya onun hücumunu dəstəkləməyə kömək etməlidir.
"Rusiyanın itkiləri çox vacibdir, amma qüvvələrini artıra bilər. Daha çox insanı qurban verməyə hazırdır. Putinə qədər Stalin də əmin idi ki, kəmiyyət özlüyündə keyfiyyət mənbəyidir", - Borrell bildirib.
Onun sözlərinə görə, itkilərin miqyası ukraynalılar üçün qəbuledilməzdirsə, Rusiya üçün məqbuldur:
"Yeganə həll yolu Ukraynaya yardımımızı davam etdirmək və bu məsələdə yekdil qalmaqdır, çünki əsas dəyərlərimiz təhlükə altındadır. Ukrayna uduzsa, biz uduzacağıq. Ukraynanı dəstəkləməkdə yekdilliyimizi və birliyimizi qorumalıyıq".