Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

APOEL - "Qarabağ" oyununun hakimləri bilindi

APOEL -

Tarix: 4 Noyabr 2019 14:44

Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda keçiriləcək APOEL - "Qarabağ" oyununun hakimləri müəyyənləşib. 

Qol.az UEFA-nın saytına istinadən xəbər verir ki, matçı avstriyalı hakimlər briqadası idarə edəcək.

Oyunu Manuel Şüttenqruber idarə edəcək. Ona Roland Brandner və Robert Steynaxer kömək edəcək. Qarşılaşmada dördüncü hakim funksiyasını Kristofer Yager yerinə yetirəcək.

Qeyd edək ki,noyabrın 7-də Nikosiyada keçiriləcək  APOEL - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.

 

 


Etiketlər:  APOEL Qarabağ oyununun hakimləri bilindi


RƏYLƏR