Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Emmanuil Vitorqan Bakıda - ''Dünyanın ən yaxşı şəhəri''

Emmanuil Vitorqan Bakıda - ''Dünyanın ən yaxşı şəhəri''

Tarix: 8 Noyabr 2023 16:25

Rusiyanın Xalq artisti, Emmanuil Vitorqan Azərbaycana səfər edib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, 83 yaşlı aktyor Bakıda lentə aldığı görüntüləri sosial media hesabında izləyiciləri ilə bölüşüb. O, ailəsi ilə birgə şəhərdə gəzintiyə çıxıb.

"Əziz Bakım! Gözəl insanların olduğu, dünyanın ən yaxşı şəhəri! Məni qəbul etdiyiniz üçün təşəkkür edirəm, əziz bakılılar. Dünyaya gəldiyim şəhərdə hər zaman xüsusi nəsə var... Əziz bakılılar, heyrətamiz insanlar sayəsində!" deyə, aktyor yazıb.

Qeyd edək ki, Vitorqan qastrol səfəri çərçivəsində Bakıda olub. O, Heydər Əliyev Sarayında yaradıcılığının yaradıcılığının 60 illiyinə həsr olunmuş "Həyat davam edir" adlı yeni yubiley solo tamaşası ilə çıxış edib.

Onu da qeyd edək ki, o, 1939-cu il dekabrın 29-da Bakıda anadan olub.

Milli.Az


Etiketlər:  Emmanuil Vitorqan Bakıda Dünyanın yaxşı şəhəri


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ