Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Sənəd üzərində razılıq, artıq Yaxın Şərqdə... - Yapon nazir

Sənəd üzərində razılıq, artıq Yaxın Şərqdə... - Yapon nazir

Tarix: 8 Noyabr 2023 22:14

İki xalq üçün iki dövlət prinsipinə sadiqlik Yaxın Şərqdəki münaqişənin həlli üçün yeganə mümkün yoludur.

Teleqraf.com xəbər verir ki, bunu Yaponiyanın xarici işlər naziri Yoko Kamikava deyib.

"Biz hesab edirik ki, iki xalq üçün iki dövlət prinsipinə sadiqlik münaqişənin həllinin yeganə mümkün yoludur. Tokioda keçirilən görüş nəticəsində G7 nümayəndələri ilk dəfə olaraq Yaxın Şərqdə gərginliyin artması ilə bağlı vahid sənəd üzərində razılığa gəliblər. G7 HƏMAS-ın İsrailə qarşı terror hücumlarını pisləyir. Bütün girovların azad edilməsini tələb edir. Hərbi əməliyyatlarda humanitar fasilənin tərəfdarıdır", - Kamikava vurğulayıb.

Milli.Az


Etiketlər:  Sənəd üzərində razılıq artıq Yaxın Şərqdə Yapon nazir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ