Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bred Pitt yeni sevgilisi ilə küçədə yaxalandı

Bred Pitt yeni sevgilisi ilə küçədə yaxalandı

Tarix: 9 Noyabr 2023 04:35

Məşhur Hollivud ulduzu Bred Pitt yeni sevgilisi İnes de Ramonla fotokamera qarşısına keçib. 

Milli.Az lent.az-a istinadən bildirir ki, cütlük Los-Ancelesdə "12-ci İllik LACMA Art+Film Gala"da iştirak etdikdən sonra tədbiri birlikdə tərk ediblər. Paparassilər onların fotolarını küçədə çəkə bilib.

2022-ci ilin noyabrında ilk dəfə Bred Pitt və İnes de Ramon arasında sevgi münasibəti haqqında şayiələr yayılıb. Cütlük Bononun Los-Ancelesdəki konsertində, daha sonra isə aktyorun yeni "Babil" filminin premyerasında görüntülənib.

Pittin yeni sevgilisi dietoloq, fitnes məşqçisi və zərgərlik dizayneridir. O, məşhurlar cəmiyyətinə "The Vampire Diaries" filminin aktyoru Pol Uesli ilə evliliyi sayəsində daxil olub.

Milli.Az


Etiketlər:  Bred Pitt yeni sevgilisi ilə küçədə yaxalandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ