Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ-da Mayami küçələri Azərbaycan bayraqlarına bürünüb - FOTO

ABŞ-da Mayami küçələri Azərbaycan bayraqlarına bürünüb - FOTO

Tarix: 10 Noyabr 2023 20:57

ABŞ-da azərbaycanlı tələbələrin təsis etdiyi "Azərbaycan-Amerika Gənclər Assosiasiyası"nın təşkilatçılığı ilə Florida ştatının Mayami şəhərində 8 noyabr Zəfər Gününə və 9 noyabr Dövlət Bayrağı Gününə həsr olunmuş avtoyürüşü keçirilib.

Sonxeber.net report-a istinadən xəbər verir ki, həmvətənlərimiz Azərbaycan bayraqlarına bürünmüş avtomobillərlə şəhərin rəngarəng işıqlı mərkəzi meydan və prospektlərində hərəkət ediblər.

Avtomobil karvanının iştirakçıları şəhərin müxtəlif yerlərində dayanaraq "Yaşasın Azərbaycan!", "Qarabağ Azərbaycandır!" şüarlarını səsləndiriblər.

Yerli sakinlər həmyerlilərimizin sevincini bölüşüb, onları tarixi qələbə münasibəti ilə təbrik ediblər.


Etiketlər:  ABŞ Mayami küçələri Azərbaycan bayraqlarına bürünüb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ