Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Bəzi icra hakimiyyətləri bunu özləri üçün edirsə, elə bir dəfəlik...'' - VİDEO

''Bəzi icra hakimiyyətləri bunu özləri üçün edirsə, elə bir dəfəlik...'' - VİDEO

Tarix: 11 Noyabr 2023 11:40

"Müğənnilərə səslənirəm ki, icra başçılarının təşkil etdiklərini dövlət tədbiri adlandırmayın. Dövlət tədbirləri tamamilə fərqli status daşıyır. İcra başçısı özü və ya camaat üçün konsert edirsə və siz bunun üçün pul alıb gedirsinizsə, bunun dövlət tədbiri ilə heç bir əlaqəsi yoxdur".

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu sözləri prodüser-aparıcı Tarix Əliyev (Tolik) "Tarixin bir günü" proqramında deyib. O, bir müddət əvvəl sosial mediada müğənnilərin yayılan videolarına sərt münasibət bildirib. Aparıcı müğənni ilə şəkil çəkdirmək üçün səhnəyə çıxan dinləyicilərə əngəl törədən cangüdənlərin hərəkətini pisləyib:

"Mənə xoş gəlməyən nüanslar var. Bəzi icra hakimiyyətləri bunu özləri üçün edirsə, elə bir dəfəlik şadlıq evinə müğənniləri çağırsınlar, onlar da onun qarşısında ifa etsinlər. Rayon camaatı səhərdən oyanıb gəlirlər oraya. Onlar isə birinci cərgəyə düzürlər qohum-əqrabalarını. Bir nəfər çıxıb şəkil çəkdirmək istəyəndə 10 nəfər gedir onu götürməyə ki, elə bil terroristdir. Niyə? Müğənnini yeyəcəklər? Müğənnilər xalqdan pul qazanır da.

Zeynəb Xanlarova kimi müğənni nə vaxt görmüsünüz ki, tədbirdə belə bir şey etsin. Türkiyədə Hülya Avşarı idman geyimində mağazada gəzən gördüm, heç kim ona fikir vermir. Bizim müğənnilər Bakıda rahat gəzirlər. Niyə rayon cammaatı ilə müğənnilərin arasını bölürsünüz. Nədir orada adamyeyənlər var? Nə olub ki, onlara?  Müğənninin ətrafında olan pradüserlər vaxt tapıb bunu çəkirsə, yanına qaçıb gələn fanatı da görməlidir. 

Pərviz Bülbülənin videosuna baxaq. Bu uşaq nə edib? Terroristdir, adam öldürəndir? Pərviz özü bütün günü kişi məclislərindədir. Onu heç kəs çıxıb səhnədə vurub döyməyəcəkdi. Yazıq nə edəcəkdi, şəkil çəkəcədi. Onların yerində olsaydın fonoqramı saxlayardım, deyərdim. uşağı geri qaytarın onunla şəkil çəkəcəyəm".

Tolik izdihamlardan şou üçün istifadə edən pradüserləri də qınayıb:

"Nəfəsin pradüseri, düşürsən ki, müğənnini piar edirsən. O qızı qaçan vaxtından çəkə bilirsənsə və görürsən ki, onun qarşısını alan var, lakin bunu dayandırmaq yerinə "Nəfəs onunla şəkil çəkmək istəyən qızı axtarır" deyə paylaşım edirsən. Çünki bundan əvvəl Pərvizgilin videosunu səhifələr payalaşanda tənqid etdilər. Qarantiyaya alırsan ki, Nəfəs onun üçün sürücü göndərəcək ki, gəlib onunla şəkil çəkdirsin. Nəfəs elə orada düşüb onunla şəkil çəkə bilmirdi?

Niyə cammatın uşağının görüntülərini səhifələrə verirsiniz? Mən onların yerində olmsam sizi şikayət edərəm. Siz kiminsə oğlunu, qızını bu cür necə sosial şəbəkələrədə reklam kimi paylaşdıra bilərsiniz? Hansı ixtiyarla. Bu ixtiyarı müğənnilərə kim verib? Bundan reklam qazanırlar. Bütün səhifələrə paylaşdırırlar. Ayıb olsun. Əgər orada icra başçısına görə narahat idinizsə, müğəninin qabağını tutarlar 3-4 dəqiqə üzü görünməz, onlara görə narahat olmayın".


Etiketlər:  Bəzi icra hakimiyyətləri bunu özləri üçün edirsə elə dəfəlik VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ