Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Məşhur müğənninin çıxış etdiyi məkana silahlı hücum - FOTO

Məşhur müğənninin çıxış etdiyi məkana silahlı hücum - FOTO

Tarix: 11 Noyabr 2023 13:15

Məşhur musiqiçi Derya Bedavacının konsert verdiyi məkana silahlı hücum olub.

Milli.Az Publika.az-a istinadən xəbər verir ki, qorxunc hadisə Kocaelidə əyləncə məkanlarının birində baş verib.

İddialara görə, musiqiçi Derya Bedavacı konsert verərkən naməlum şəxslər əyləncə məkanına silahlı basqın ediblər. Təşvişə düşən vətəndaşlar stol və stulların altında gizlənib.

Əldə olunan məlumata görə, hadisə zamanı xəsarət alan olmayıb. Hücum edənlər avtomobillərə minərək ərazidən qaçıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Etiketlər:  Məşhur müğənninin çıxış etdiyi məkana silahlı hücum FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ