Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Savaş Livanı da cənginə alır – “Hizbullah”ın mövqeləri vuruldu

Savaş Livanı da cənginə alır – “Hizbullah”ın mövqeləri vuruldu

Tarix: 11 Noyabr 2023 19:42

İsrail ordusuna məxsus pilotsuz təyyarə Sidonun cənubunda, sərhəddən təxminən 40 kilometr aralıda yerləşən Əz-Zəhrani kəndi yaxınlığında hərbi yük maşınına zərbələr endirib.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bu, HƏMAS-ın 7 oktyabr hücumundan sonra hərbi əməliyyatların başlamasından bəri İsrailin Livana qarşı ən dərin zərbəsidir.

Bundan başqa, İsrail Müdafiə Qüvvələri ölkənin şimalının raket atəşinə tutulmasına cavab olaraq, "Hizbullah" terror təşkilatının Livanın cənubundakı bir sıra məntəqələrinə hava və artilleriya zərbələri endirib. Terror təşkilatına məxsus infrastruktur vurulub.

Milli.Az


Etiketlər:  Savaş Livanı da cənginə alır Hizbullahın mövqeləri vuruldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ