Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nəqliyyat nazirinin avtomobili hücuma məruz qaldı

Nəqliyyat nazirinin avtomobili hücuma məruz qaldı

Tarix: 11 Noyabr 2023 20:10

Cənubi Afrikanın nəqliyyat naziri hərbi silahların olmasına baxmayaraq, mühafizəçiləri ilə birlikdə yolda qarət edilib.

Sonxeber.net lent.az-a istinadən bildirir ki, noyabrın 6-da nazir Sindisiue Çikunqa iki cangüdəni ilə Yohannesburqun cənubundakı magistral yolda hərəkətdə olarkən, onlar hücuma məruz qalıb. Təkərlər deşildiyi üçün nazirin avtomobili dayanmalı olub. Bu zaman cinayətkarlar sərnişinlərin qiymətli əşyalarını soyub. Eyni zamanda hücum edənlər mühafizəçilərin silahlarını alıblar.

Məlumata görə, avtomobildə olanlardan heç biri xəsarət almayıb. Bununla belə, artıq ölkə hakimiyyəti və mediası olayı "görünməmiş hadisə" adlandırıb.

Polis sözçüsü Atland Mathe bildirib ki, quldurlar şəxsi əşyalar və Cənubi Afrika Polis Xidmətinin (SAPS) iki tapançası ilə qaça biliblər. Hazırda cinayətkarlar axtarılır.

Cənubi Afrika uzun müddətdir yüksək cinayət nisbətləri ilə məşhurdur. Tez-tez turistlər üçün ən çox cinayətkar və təhlükəli yerlərdən biri kimi qeyd olunur. Rəsmi statistikaya görə, 2023-cü ilin aprelindən iyun ayına qədər Cənubi Afrikada 62 milyonluq əhali arasında gündə 500-dən çox quldurluq və 70-ə yaxın qətl hadisəsi baş verib. Sakinlər hakimiyyəti təhlükəsizlik təminatlarını təmin etməməkdə ittiham edir və məhkəmə sisteminin səmərəsizliyini vurğulayırlar.


Etiketlər:  Nəqliyyat nazirinin avtomobili hücuma məruz qaldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ