Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ərdoğan: “Bu, bizim qırmızı xəttimizdir”

Ərdoğan: “Bu, bizim qırmızı xəttimizdir”

Tarix: 11 Noyabr 2023 20:36

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İslam Əməkdaşlıq Təşkilatının Səudiyyə Ərəbistanında keçirilən 8-ci növbədənkənar Zirvə Toplantısında çıxış edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Türkiyə liderinin sözlərinə görə, Qəzzada atəşkəs elan edilməli və humanitar yardımların çatdırılması təmin olunmalıdır.

"Qüds bizim qırmızı xəttimizdir", - deyən R.T.Ərdoğan Fələstin üçün fond yaradılmasını da təklif edib.

Zirvə toplantısında çıxış edən R.T.Ərdoğan Qərbin ikili standartlarını da tənqid edib.

"Qərb və ABŞ guya müdafiə etdikləri dəyərləri indi görməzdən gəlirlər", - deyə Türkiyə prezidenti vurğulayıb.

Milli.Az


Etiketlər:  Ərdoğan Bu bizim qırmızı xəttimizdir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ