Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Real” “Valensiya”nı darmadağın etdi

“Real” “Valensiya”nı darmadağın etdi

Tarix: 12 Noyabr 2023 10:48

Futbol üzrə İspaniya çempionatının 13-cü turunda "Real Madrid" "Valensiya"nı qəbul edib.

Milli.Az report-a istinadən xəbər verir ki, "Santyaqo Bernabeu"da baş tutmuş matç ev sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb.

Oyundan hesab artıq üçüncü dəqiqədə açılıb: Madrid təmsilçisinin müdafiəçisi Daniel Karvaxal topu qapıya göndərib. 42-ci dəqiqədə Vinisius Junior "kral klubu"nun üstünlüyünü artırıb.

Matçda növbəti qollar bir də ikinci hissədə vurulub. Belə ki, 49-cu dəqiqədə Vinisius özünün ikinci, komandasının üçüncü qoluna imza atıb. Cəmi bir dəqiqədə sonra Rodriqo "Valensiya"nın qapıçısı Mamadaşvilinin səhvindən istifadə edərək qolların sayını 4-ə çatdırıb. 84-cü dəqiqədə Rodriqo komanda yoldaşı kimi dubl edərək komandasının oyunda sonuncu - 5-ci - qolunu vurub. 88-ci dəqiqədə isə qonaqlar təsəlli qolunu vuraraq matçda yekun hesabı müəyyənləşdiriblər - 5:1.

Beləliklə, "Real Madrid" La Liqada 13 turdan sonra 32 xala malikdir və çempionatda ikinci pillədə qərarlaşıb. Eyni sayda oyundan sonra "Valensiya"nın 18 xalı var; komanda 8-ci pillə ilə yetinib. Turnir cədvəlinə liderliyi isə "Jirona" edir. Çempionatın sürpriz komandasının aktivində 13 oyundan sonra 34 xal var.

Milli.Az


Etiketlər:  Real Valensiyanı darmadağın etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ