Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Noyabr 2023 11:48
"WhatsApp" daha bir yeni funksiyasını təqdim edib.
Sonxeber.net lent.az-a istinadən bildirir ki, indi zənglər zamanı asanlıqla IP ünvanını gizlətmək mümkün olacaq.
Bu funksiya artıq "iPhone" və "Android" cihazlarının sahibləri üçün əlçatandır.
Bu yeniliyin sayəsində danışdığınız şəxs yerinizi tapa bilməyəcək.
Funksiya "Zənglər zamanı IP ünvanlarını qoruyun" adlanır. Onu aktivləşdirmək üçün proqramı ən son versiyaya yeniləyin və aşağıdakıları tətbiq edin.
"Parametrlər" → "Məxfilik" → "Qabaqcıl" → "Zənglər zamanı IP ünvanını qoruyun" qutusunu aktiv vəziyyətə gətirin.
Konfiqurasiya yolu hər iki əməliyyat sistemi üçün eynidir. "WhatsApp"da qrup zəngləri avtomatik olaraq şirkətin serverlərinə yönləndirilir, ona görə də bu parametri aktivləşdirməyə ehtiyac yoxdur.
Eyni zamanda şirkət bildirib ki, yeni təhlükəsizlik parametrlərinin daxil edilməsi səs keyfiyyətinə təsir göstərə bilər.