Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ceyhun Bayramov Mərakeşə rəsmi səfərə gedib

Ceyhun Bayramov Mərakeşə rəsmi səfərə gedib

Tarix: 12 Noyabr 2023 20:12

12 noyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Mərakeş Krallığına rəsmi səfərə yola düşüb.

Xarici İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, səfər çərçivəsində nazir Ceyhun Bayramovun həmsədrliyi ilə Azərbaycan Respublikası Hökuməti və Mərakeş Krallığı Hökuməti arasında ikitərəfli əməkdaşlıq üzrə Birgə Komissiyanın iclasının, Mərakeş xarici işlər naziri ilə ikitərəfli və geniştərkibli görüşlərin, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) baş direktoru və digər yüksək səviyyəli rəsmilərlə görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Milli.Az


Etiketlər:  Ceyhun Bayramov Mərakeşə rəsmi səfərə gedib


RƏYLƏR