Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qurban Qurbanov Avropadan gələn təklifə ''YOX'' DEDİ - FOTO

Qurban Qurbanov Avropadan gələn təklifə ''YOX'' DEDİ - FOTO

Tarix: 14 Noyabr 2023 20:34

"Qarabağ"ın hücumameyilli yarımmüdafiəçisi Leandro Andrade Avropa klublarının "radar"ına düşüb.

Sonxeber.net news24.az-a istinadən xəbər verir ki, bu barədə offsideplus.az-a 24 yaşlı futbolçunun meneceri Eduardo Oliveyra bildirib. 

O, futbolçunun Avropanın bir neçə klubundan təklif aldığını bildirib. 

Onun sözlərinə görə, "Qarabağ" rəhbərliyi təklif olunan məbləğlə razılaşmadığından Andradeni buraxmayıb: 

"Leandro bir neçə təklif alıb. "Qarabağ" bunu bilir. İki Avropa klubundan rəsmi təklif gəldi, lakin "Qarabağ" onu satmağa razı olmadı. Təklif olunan məbləğ Ağdam klubunu qane etmədiyi üçün bu baş tutmadı. Əlbəttə ki, Leandro "Qarabağ"da xoşbəxtdir, lakin ona gələn təkliflər də çox böyük idi".

Eduardo həmin klubların adlarını çəkməsə də, onların yenidən Andrade üçün dövrədə olduğunu bildirib.

Qeyd edək ki, futbolçunun "köhlən atlar"la müqaviləsi 2025-ci ilin 30 iyununadək qüvvədədir.

Əlavə edək ki, bu mövsüm "Qarabağ"ın heyətində 13 oyun keçirən Andrade 4 qol vurub, 7 məhsuldar ötürmə edib.


Etiketlər:  Qurban Qurbanov Avropadan gələn təklifə DEDİ FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ