Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Noyabr 2023 23:52
İtaliyanının "Napoli" klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib.
Sonxeber.net bizim media-ya istinadla xəbər verir ki, son ölkə çempionunu Valter Madzarri çalışdıracaq.
Bu barədə Neapol təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 62 yaşlı mütəxəssislə mövsümün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.
"Napoli" bu gün baş məşqçi Rudi Qarsiya ilə yollarını ayırıb.
Qeyd edək ki, Valter Madzarri son olaraq "Kalyari"ni çalışdırıb. İtaliyalı mütəxəssis 2009-2013-cü illərdə "Napoli"nin baş məşqçisi olub.