Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Eminə verilən sual düzgün deyil” - De Byazi

“Eminə verilən sual düzgün deyil” - De Byazi

Tarix: 15 Noyabr 2023 19:38

"Eminə (Mahmudov - red) verilən sual düzgün deyil. Heç kim deyə bilməz ki, mübarizə aparmırıq,  meydanda ürəyimizi qoymuruq. Güclü rəqiblərə qarşı oynayırıq. Belə matçlarda uduzmaq normaldır. Təbii ki, səhvlər olur və bu, bizə baha başa gəlir. Azərbaycan millisi tarixində ilk dəfədir ki, 5 komandanın yer aldığı qrupda 4-cü yerdədir. Belə bir şey heç vaxt olmayıb".

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Avro-2024-ün seçmə mərhələsində İsveçlə oyun öncəsi keçirilən mətbuat konfransında deyib.

"Burada çalışdığım üç il ərzində təbii ki, inkişaf çox olub. Bu, özünü meydanda göstərir. Hər oyunda maksimumumuzu veririk. Mənə də xoş olar ki, hər qarşılaşmada qələbə qazanaq. Amma belə rəqiblərlə matçlarda bu, mümkün deyil. Avstriya və Belçika ilə görüşlərdə son dəqiqələrə kimi mübarizə aprdıq. Avstriyaya son saniyələrdə qol da vura bilərdik. Yalnız futboldan başı çıxmayan adam deyə bilər ki, əlimizdən gələni etmirik" - deyə o bildirib.

Milli.Az


Etiketlər:  Eminə verilən sual düzgün deyil De Byazi


RƏYLƏR