Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Noyabr 2023 22:40
Keçmiş hücumçu Kevin-Prins Boatenq vaxtilə "Milan"da birgə çıxış etdiyi italiyalı hücumçu Mario Balotelli haqqında maraqlı açıqlaması ilə diqqət çəkib.
Sonxeber.net fanat.az-a istinadən xəbər verir ki, Balotellinin potensialını dəyərləndirən 36 yaşlı futbolçu italyanın nail ola biləcəyi müfatlardan danışıb və onu "Milan"ın indiki hücumçusu Leau ilə müqayisə edib.
Boatenqin dediklərini "Football Italia" belə çatdırıb:
"Mən Balotellini sevirəm və düşünürəm ki, o, üç "Qızıl top" qazana bilərdi. Marioya hər gün onu doğru yola yönəldən biri lazım idi.
Mari,o yoxsa Leau? Leau çox güclüdür, lakin Mario başqa səviyyə idi. O, fenomen idi və nəyə qadir olduğunu göstərdi. Onunla oynamışam və ciddi olanda nə edə biləcəyini görmüşəm. Hər futbolçu uzun illər yüksək səviyyədə oynaya bilməz. Balotelli mənim üçün top oyunçu, dünyanın ən yaxşı beş hücumçusundan biri idi. Məharət baxımından İbrahimoviçə yaxınlaşan yeganə şəxs Mario idi".