Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Noyabr 2023 08:18
Son zamanlar kişili qadınlı hər kəs saç tökülməsi, keçəlləşmə, saçların zəifləməsindən şikayətlənir. Pandemiya stresi və virusun özü də saçların tökülməsinə səbəb olub.
Sonxeber.net saç kökləri və strukturuna yaxşı təsir edən, qidalandıran, bərpa edən qidaların siyahısını hazırlayıb.
- Yağlı balıq, losos
D vitamini, protein, Omeqa 3 mənbəyi olduğu üçün bunlar saçların follikullarını möhkəmlədən mikroelementlərlə zəngindir. Balıq B 12 və dəmirlə zəngindir, bu da baş dibinin qan dövranını yaxşılaşdırır.
2. Sarı bibər
Super antioksidantdır, C vitamini ilə zəngindir. Ucları hacalanan, quru, cansız saçlar üçün də sarı bolqar bibəri faydalıdır.
Yumurta
Biotik, B 12, D, zülal mənbəyidir. Yumurtanın sarısı sizin saçlarınızı xilas edə bilər. Onu həm müxtəlif maskalara qata, həm də həftədə 3 dəfə yumurta yeyə bilərsiz.
Badam və yağı
Badam yarımdoymuş yağlarla zəngindir, bu da saç hüceyrələrinin tikinti materialıdır. O, saçlarda nəmin saxlanmasını təmin edir, tüklərin qocalmasının qarşısını alır. 5 ədəd badamda sutkalıq biotin norması var.
Badam yağı həmçinin saçların qidalanma mənbəyi ola bilər.
Günəbaxan tumları
E vitamini ilə çox zəngindir, baş dərisi və damarların elastikliyini artırır, saçların sürətli uzanmasına kömək edir. Tumlar selenlə boldur, bu da saçları zərərli amillərdən qoruyur.
Kartof
Beta karotinlə zəngindir, təbii gənclik eliksiridir. A vitamini sayəsində saçların zədələnməsinin qarşısını alır. Saç köklərini hüceyrə səviyyəsində bərpa edir. Bir şərtlə ki, kartofu qabıqlı halda suda bişirib yeyəsiz.
Avokado
Vitamin üzrə çempiondur, fosfor, maqniy, kalsiumla zəngindir. Həftədə 2 ədəd avokado yemək saçları yeniləyir, bərpa edir, güc və parlaqlıq verir.
Saçları tökülənlər hər gün bu qidalardan yeməli, müntəzəm istifadə etməli, eləcə də çiy tumlar qəbul etməlidir. /medicina.az