Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya kosmonavtlarını Aya göndərəcək

Rusiya kosmonavtlarını Aya göndərəcək

Tarix: 16 Noyabr 2023 11:32

Rusiya kosmonavtlarını Aya göndərəcək.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə "Energia" Raket Kosmik Korporasiyasının pilotlaşdırılan kosmik sistemlər və komplekslər üzrə baş konstruktoru Vladimir Solovyov "Kosmosa pilotlu uçuşlar" konfransının iclasındakı məruzəsində məlumat verib.

"2031-2040-cı illərdə onlar peykə pilotlu ekspedisiyalar, o cümlədən ilk eniş, geoloji tədqiqatlar və Ay bazasının yerləşdirilməsi üçün hazırlıq işləri aparmağı planlaşdırırlar. Ay bazasına gəlincə, tikintinin özü 2041-2050-ci illər üçün nəzərdə tutulub", - deyə Solovyov qeyd edib.

Məlumatına görə, bu müddət ərzində Rusiya Ayda prioritetini təmin etməyi planlaşdırır. Həmin illərdə peykdə su və oksigen istehsalına və istifadəsinə başlanılması planlaşdırılır.

Milli.Az


Etiketlər:  Rusiya kosmonavtlarını göndərəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ