Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Noyabr 2019 14:06
Bakı. Mətanət Nəsibova - Trend:
Azərbaycan-Avropa İttifaqı birgə komitəsinin növbəti iclasında viza rejiminin sadələşdirilməsi məsələləri müzakirə olunacaq.
Bunu Trend-ə Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin sosial-siyasi məsələlər və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Denis Daniilidis deyib.
O bildirib ki, iclas noyabrın 6-da Bakıda keçiriləcək.
Xatırladaq ki, Azərbaycan və Aİ sentyabr ayında readmissiya üzrə birgə komitənin iclasını keçirmişdi.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin