Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Noyabr 2023 20:06
Avropa Birliyinə (AB) üzvlük danışıqlarının başlayacağı ilə bağlı Ukraynaya verilən yanlış vədləri düzəltmək lazımdır.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə Macarıstan Baş naziri Viktor Orban deyib.
O, Ukraynanın AB-dən "işıq ili qədər" uzaqda olduğunu söyləyib:
"Bizi qarşıdakı aylarda, Avropa seçkilərinə qədər ciddi siyasi mübarizə gözləyir. Brüsseldə büdcəni müzakirə etmək, Ukraynaya danışıqlara başlamaq üçün verilən yalan vədi düzəltmək də bizim vəzifəmiz olacaq, çünki Ukrayna indi AB-dən işıq ili qədər uzaqdadır", - deyə baş nazir bildirib.