Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

AVRO-2024: Millimiz seçmə mərhələni ağır məğlubiyyətlə başa vurdu - VİDEO - FOTO

AVRO-2024: Millimiz seçmə mərhələni ağır məğlubiyyətlə başa vurdu - VİDEO - FOTO

Tarix: 19 Noyabr 2023 23:04

Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsində sonuncu oyununu keçirib.

Milli.Az report-a istinadən xəbər verir ki, Canni De Byazinin baş məşqçisi olduğu kollektiv Belçika yığmasının qonağı olub.

Qarşılaşma meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Qırmızı-şeytanlar"ın heyətində 17, 26, 30 və 37-ci dəqiqələrdə Romelu Lukaku, 90-cı dəqiqədə Leandro Trossard fərqlənib. F qrupunun digər görüşündə İsveç Estoniyanı məğlubiyyətə uğradıb - 2:0.

Bu nəticələrdən sonra xallarının sayını 20-yə çatdıran Belçika seçmə mərhələni qrup lideri kimi başa vurub. Avstriya 19 xalla ikinci, İsveç 10 xalla üçüncü, millimiz 7 xalla dördüncü, Estoniya bir xalla sonuncu yeri tutub.

Milli.Az


Etiketlər:  AVRO 2024 Millimiz seçmə mərhələni ağır məğlubiyyətlə başa vurdu VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ