Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Real” millidə zədələnən futbolçulara görə onu günahlandırdı

“Real” millidə zədələnən futbolçulara görə onu günahlandırdı

Tarix: 20 Noyabr 2023 12:20

"Real Madrid" klubu Vinisius Junior (Braziliya) və Eduardo Kamavinqanın (Fransa) milli komandalarının düşərgələrində zədələnərək geri qayıtmalarını etirazla qarşılayıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, "Kral klubu" buna görə La Liqa rəhbərliyini, İspaniya Futbol Federasiyasını, xüsusən də FIFA və UEFA-nı günahlandırıb.

Madrid təmsilçilərinin fikrincə, təqvimin həddən artıq yüklənməsi oyunçuların zədələnməsinə səbəb olur.

Məlumat üçün əlavə edək ki, Braziliya millisinin cinah oyunçusu Vinisius Junior DÇ-2026-nın seçmə mərhələsində Kolumbiya ilə son matçda (2:1) zədə alıb. O, fevral ayına qədər yaşıl meydanlardan kənarda qalacaq. E.Kamavinqa isə Fransa millisinin məşqində zədələnib və təxminən 8-10 həftə meydana çıxa bilməyəcək.

Milli.Az


Etiketlər:  Real millidə zədələnən futbolçulara görə günahlandırdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ