Tarix: 5 Noyabr 2019 17:00
2020-ci ildə keçiriləcək Avropa çempionatının oyunlarını ölkəmizdə yayımlayacaq telekanallar məlum olub.Qol.az xəbər verir ki, 12 iyun-12 iyul tarixlərində keçiriləcək final mərhələsinin oyunlarını İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) ilə Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti (AzTV) yayımlayacaq. Bu telekanallar matçların rəsmi yayım hüququna yiyələnib.
Qeyd edək ki, tarixdə ilk dəfə Avropanın 12 şəhərində keçiriləcək qitə birinciliyinin 4 oyunu (3-ü qrup mərhələsinin, 1-i 1/4 final) Bakıda olacaq.
Xatırladaq ki, Avro-2020-nin seçmə mərhələsinin oyunlarını "CBC Sport" yayımlayırdı.