Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Avropa çempionatında rekorda imza atan gənc boksçular Vətənə dönüblər

Avropa çempionatında rekorda imza atan gənc boksçular Vətənə dönüblər

Tarix: 21 Noyabr 2023 07:22

Monteneqronun Budva şəhərində keçirilən Avropa çempionatında 22 yaşadək boksçular arasında medal sayında yeni rekord vuran Azərbaycan milli komandasının üzvləri Vətənə dönüblər.

Milli.Az report-a istinadən xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda gənc boksçuların qarşılanma mərasimi olub.

Milli komandanın üzvlərini idman ictimaiyyətinin nümayəndələri, idmançıların yaxınları, atletlər və mətbuat nümayəndələri qarşılayıblar.

Qeyd edək ki, komanda Avropa çempionatında 5 medal qazanmaqla tarixi ilki reallaşdırıb. İndiyədək boksçular analoji yarışda 4 dəfə fəxri kürsüyə yüksəlmişdilər. 2012-ci ildə Rusiyada, 10 il sonra Xorvatiyada milli komanda 1 qızıl, 1 gümüş və 2 bürünc medala yiyələnmişdi. Bu dəfə 5 medal isə qitə çempionatında yeni rekorddur.

Bu yaş qrupunda Nicat Hüseynov (51 kiloqram) ikiqat Avropa çempionu tituluna da yiyələnib. Onadək 2012-ci ildə Elvin İsayev (60 kiloqram), 2019-cu ildə Məhəmməd Abdullayev (+91 kiloqram) qitə birinciliyinin qızıl medalına sahib olub.

U-22 Avropa çempionatı həm də qadınların yarışında Azərbaycanın ilk medalını qazanması ilə əlamətdar olub. Komandanın heyətində Marjona Savriyeva (50 kiloqram) 3-cü olmaqla, adını Azərbaycanın boks tarixinə yazdırıb.

Qeyd edək ki, Avropa çempionatında Nicat Hüseynov (51 kiloqram) qızıl, Əzrək Bəbirov (57 kiloqram) gümüş, Tural Sarıyev (48 kiloqram), Murad Allahverdiyev (80 kiloqram) və Marjona Savriyeva (50 kiloqram) bürünc medal qazanıblar.

Milli.Az


Etiketlər:  Avropa çempionatında rekorda imza atan gənc boksçular Vətənə dönüblər


RƏYLƏR