Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Naxçıvana yolda rus qüvvələri ola bilməz - Xaçatryan

Naxçıvana yolda rus qüvvələri ola bilməz - Xaçatryan

Tarix: 21 Noyabr 2023 22:39

Ermənistan 9/10 noyabr səhvini təkrar etməyəcək. Məqsədimiz odur ki, sülh sazişi imzalanandan sonra konkret təminatçılarımız olsun ki, hər hansı pozuntu baş verərsə, biz hansı beynəlxalq mexanizmlərdən istifadə edə biləcəyimizi bilək.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə Ermənistan parlamentinin milli müdafiə və təhlükəsizlik komitəsinin sədr müavini, deputat Armen Xaçatryan deyib.

"Noyabrın 10-dan sonra Rusiyanın bütün zəmanətləri itdi. Ermənistan bu səhvi ikinci dəfə təkrar etməyəcək. Rusiyanın "əgər Naxçıvanla Azərbaycan arasında yol açılsa, ona nəzarət Rusiya tərəfindən həyata keçirilməlidir" kimi son bəyanatlarına gəlincə, demək istəyirəm ki, bu, heç bir halda ola bilməz, heç bir ölkənin qüvvələri Ermənistanın yollarında ola bilməz. Ölkəmizin xüsusi təyinatlı qüvvələri yollarda təhlükəsizliyi təmin edəcək", - o bildirib.


Etiketlər:  Naxçıvana yolda qüvvələri bilməz Xaçatryan


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ