Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Noyabr 2023 12:22
İngiltərə Futbol Assosiasiyası (FA) 15 il əvvəl baş tutan Cermeyn Defonun "Portsmut"a transferi səbəbindən "Tottenhem"i 2023/2024 mövsümü üçün İngiltərə Premyer Liqası cədvəlində 10 xaldan məhrum etmək niyyətindədir.
Sonxeber.net lent.az-a istinadən bildirir ki, 2008-ci ildə "Tottenhem" Defonu 8,5 milyon avroya "Portsmut"a satıb və Spurs transfer üçün danışıqlar aparmaq üçün lisenziyasız agent Mişell Tomasdan istifadə edib. Həmçinin "Tottenhem"in prezidenti Daniel Levi lisenziyası olan agent Stüart Petersi də işə götürüb. Amma eyni zamanda, onun FA qaydalarına görə hazır müqaviləsi olmayıb.
Tezliklə FA pozuntulardan xəbərdar olub, lakin 2010-cu ilin yanvarında assosiasiya London klubuna qarşı heç bir sanksiya tətbiq etməmək qərarına gəlib.
Bununla belə, elə həmin il FA oxşar pozuntulara görə Luton Taundan 10 xal kəsib.
İndi işə yenidən baxıla bilər və cəza təkcə klubu deyil, Levini də təhdid edir.