Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Noyabr 2023 19:12
Türkiyədə Zonguldakda Alaplı və Yığılca arasındakı dərədə qızıl tozu aşkarlanıb.
Sonxeber.net baku.ws-ə istinadən bildirir ki, İsmail Uslu adlı şəxs artıq iki ildir ki, qeyd edilən ərazidən qızıl çıxardığını bildirib.
68 yaşlı İsmail bu hobbinin onu maddi çətinliklərdən xilas etdiyini deyib.
O qızılı palçıqlı suların içindən axtarıb tapır. İsmail əvvəllər ovçuluqla məşğul olub. Amma o daha heyvanları ovlamadığını, çayxanada boş vaxt keçirmək əvəzinə gəlib dərədə qızıl axtardığını bildirib. İsmail qızılı tapmaq üçün bahalı alətlərdən istifadə edir.
O həftəyə təxmini 10-13 qram qızıl tapır.