Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Noyabr 2019 20:00
“Keşlə”nin futbolçusu Con Kamara Syerra-Leone millisinə dəvət alıb.
Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, 31 yaşlı yarımmüdafiəçi Afrika Millətlər Liqasının seçmə mərhələsi çərçivəsində keçiriləcək oyunlar üçün yığmaya çağrılıb.
Qeyd edək ki, Syerra-Leone noyabrın 11-də Lesoto ilə, 1 həftə sonra isə Beninlə qarşılaşacaq.