Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Noyabr 2023 02:30
Türkiyə mütəxəssisləri limonlu suyun faydasından bəhs ediblər.
Sonxeber.net bildirir ki, mütəxəssislər müəyyənləşdiriblər ki, limonlu su insan orqanizmi üçün bir çox faydalı xüsusiyyətlərə malikdir. Bir ay acqarına ilıq limonlu sudan istifadə insanın səhhətini əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər.
Ekspertlərin sözlərinə görə, belə su immun sistemini gücləndirir, antiseptik və müalicəvi xüsusiyyətlərə malikdir. Limonlu su həmçinin xərçəng xəstəliyinin inkişafı riskini aşağı salır.
Limon sudan müntəzəm istifadə eləcə də revmatizmin qarşısını alır. Bundan başqa, nəşr qeyd edib ki, limon su ürək bulanması əlamətlərini aradan qaldırır. Belə su eyni zamanda qaraciyərdə kalsiumun və oksigenin səviyyəsini tənzimləməyə kömək edir. (ölkə.az)