Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Ermənistanda beynəlxalq standartlara cavab verən bir dənə də olsun...''

“Ermənistanda beynəlxalq standartlara cavab verən bir dənə də olsun...''

Tarix: 23 Noyabr 2023 15:44

Ermənistanda dünya standartlarına uyğun ali məktəb yoxdur.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün hökumətin iclasında çıxışı zamanı deyib.

Baş nazir Ermənistan ali təhsil müəssisələrində təhsilin səviyyəsini tənqid edib:

"Ermənistanda beynəlxalq standartlara cavab verən bir dənə də olsun - nə erməni, nə beynəlxalq, nə də özəl universitet var. Biz universitetlərin beynəlxalq standartlara uyğun lisenziyalaşdırılmasını və akkreditasiyasını elan etsək, bu o deməkdir ki, Ermənistanda istisnasız olaraq bütün universitetlər bağlanmalıdır".

Paşinyanın sözlərinə görə, erməni gənclər beynəlxalq meyarlara cavab verən təhsil almaq imkanından məhrumdurlar.

Ermənistan hökumətinin başçısı onu da əlavə edib ki, Ermənistanın yalnız bir neçə universiteti əcnəbi tələbələri cəlb edir.


Etiketlər:  Ermənistanda beynəlxalq standartlara cavab verən dənə olsun


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ