Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Noyabr 2023 19:14
"Rusiya artıq ödənişini etdiyimiz silahları Ermənistana göndərməyib".
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan mətbuat konfransında deyib.
"Ödəniş müqabilində silah və texnikanın ölkəyə göndərilməməsi məsələsinə gəldikdə isə, əlbəttə, belə problemlər mövcuddur", - deyə Paşinyan qeyd edib.
Onun sözlərinə görə, hazırda bu problemin həll edilməsi ilə bağlı Rusiya ilə danışıqlar aparılır: "Variantlar çoxdur. Məsələn, ödənilən məbləğ qarşılığında Ermənistanın Rusiyaya olan borcunun azaldılması".
O əlavə edib ki, Rusiyanın hazırda özünün silaha ehtiyacı var və buna görə də İrəvan müzakirələrin konkret nəticələr gətirəcəyinə ümid edir.