Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

HAMAS bugün bu qədər israilli girovu sərbəst buraxacaq

HAMAS bugün bu qədər israilli girovu sərbəst buraxacaq

Tarix: 25 Noyabr 2023 14:26

Müvəqqəti atəşkəs çərçivəsində HAMAS-ın sərbəst buraxacağı israilli girovların sayı açılanıb.

Milli.Az APA-ya istinadən bildirir ki, HAMAS davam edən müvəqqəti atəşkəs razılaşması çərçivəsində bu gün daha 14 israilli girovu azad edəcək.

İsrail rəsmiləri bunun müqabilində 42 fələstinli məhbusun razılaşmaya əsasən eyni gün azad ediləcəyini bildirib.

Qeyd edək ki, İsraillə müvəqqəti atəşkəs şərtlərinə uyğun olaraq noyabrın 24-də HAMAS 13 israilli girovu azad edib, eyni gündə 10 Tailand vətəndaşı da sərbəst buraxılıb.

Xatırladaq ki, oktyabrın 7-də HAMAS İsrailin cənub regionuna hücum edib, nəticədə 1200 nəfər qətlə yetirilib, 244 nəfər girov götürülüb.

Milli.Az


Etiketlər:  HAMAS bugün bu qədər israilli girovu sərbəst buraxacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ