Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Qanuni oğru"lar arasında DAVA: 4 nəfər saxlanıldı - VİDEO

Tarix: 25 Noyabr 2023 17:18

Ermənistanda "qanuni oğru"lar arasında dava olub.

Milli.Az lent.az-a istinadən bildirir ki, hadisə noyabrın 17-də paytaxt İrəvanda baş verib. Vitali Tbilisski və onu İrəvanda müşayiət edən şəxslər digər "qanuni oğru" Arsen Yerevanski eləcə də "Mercedes" markalı avtomobilin sürücüsü ilə əlbəyaxa olublar.

Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, dava zamanı tərəflər ictimai asayişi pozub, təhqir işlədərək bir-birini vurub.

Faktla bağlı "Xuliqanlıq" maddəsi ilə cinayət işi başlanıb.

Noyabrın 22-də Vitali Tbilisski və onu müşayiət edən üç nəfər saxlanılıb.

Baxış zamanı avtomobildən içərisində kristala bənzər kütlə olan çanta, 2 ədəd psixotrop həb, 2 ədəd tapança aşkar edilərək götürülüb.

Milli.Az


Etiketlər:  Qanuni oğrular arasında DAVA 4 nəfər saxlanıldı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ