Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Paşinyanın canlı yayım şousu baş tutmadı - Surenyants

Paşinyanın canlı yayım şousu baş tutmadı - Surenyants

Tarix: 26 Noyabr 2023 09:50

Paşinyanın ictimaiyyətlə son ünsiyyəti üçün seçdiyi format birmənalı olaraq baş tutmadı.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Paşinyanın noyabrın 24-də canlı yayımda vətəndaşların suallarını cavablandırmasını şərh edən erməni politoloq Suren Surenyants deyib.

"Əgər bu, ictimai əhval-ruhiyyəni öyrənmək cəhdi idisə, deyə bilərəm ki, alınmadı. Çünki bəzi suallar sifarişlə və razılaşma ilə verildi. Bir çox suallar isə hakimiyyətin eşitmək istədikləri idi. Canlı yayımda hakimiyyətin əsas uğursuzluqları ilə bağlı aktual suallar qaldırılmadı.

Yeri gəlmişkən, sual verənlər arasında politoloq və jurnalist də var idi, baxmayaraq ki, ilkin olaraq yalnız vətəndaşların sual verə biləcəyi bildirilirdi. Dünən yeni heç nə eşitmədik. Ümumiyyətlə, bu, heç nə haqqında söhbət və ya deməyə sözü olmayan bir liderin çıxışı idi", - o bildirib.

Milli.Az


Etiketlər:  Paşinyanın canlı yayım şousu baş tutmadı Surenyants


RƏYLƏR