Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Noyabr 2023 12:10
"Atletiko" La Liqanın son turu çərçivəsində doğma meydanda "Malyorka"nı məğlub edib - 1:0.
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, Madrid klubunun yeganə qolunu 63-cü dəqiqədə Antuan Qrizman vurub. Bu, fransız hücumçunun "hindularr"ın heyətində 170-ci qolu olub. Bunun sayəsində o, Adrian Eskuderonu (1945 - 1958) ötərək klubun bombardiri siyahısında ikinci yerə yüksəlib.
Birinci yerdə İspaniya millisinin keçmiş məşqçisi Luis Araqones (1964 - 1974) qərarlaşıb - 173 qol.
Qrizmann hazırkı mövsümdə La Liqada ən çox qol vuran oyunçulardan biridir. Onun 13 matçda 9 qolu var ki, bu da birinci pillədə qərarlaşan "Real"ın yarımmüdafiəçisi Cud Bellinqemdan iki top azdır.
La Liqanın 13 turundan sonra "Atletiko"nun 31 xalı var. Madridlilər üçüncü sırada qərarlaşıb.