Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Noyabr 2023 17:40
Gürcüstanın Batumi şəhərində güclü tufan nəticəsində Yeni Bulvar ərazisində infrastruktura ziyan dəyib.
Sonxeber.net news24.az-a istinadən xəbər verir ki, Batumi bulvarının administrasiyasının məlumatına görə, sahildə 8 bal gücündə tufan qeydə alınıb və nəticədə bulvarın gəzinti yeri və bir neçə hissəsini su basıb.
Güclü külək Potidə də problemlər yaradıb. Külək Kostava küçəsində yerləşən hündürmərtəbəli binanın damını uçurub, bundan başqa təxminən on avtomobilə ziyan dəyib.
Qeyd edək ki, Gürcüstanın müxtəlif bölgələrində güclü külək ,yağıntı və tufanla əlaqədar Fövqəladə Hallar Departamenti Gürcüstan miqyası ilə əhalini xüsusən də sahil xətti ilə hərəkət etməkdən çəkinməyə çağırır.