Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Noyabr 2023 18:32
"Nur şəhəri" olan Mingəçevirdə bir küçə nurdan məhrumdur, qaranlığa qərq olub. Küçə itələrinin də çoxalması gecələr sakinləri qorxuya salıb.
Sonxeber.net Xəzər TV-yə istinadən bildirir ki, Mingəçevirdə hələ də işıqsız qalan küçələr var.
Şəhərin Yaşar Muradov küçəsi də gecələr işıqsız qalanlardandır.
Sakinlər iddia edirlər ki, köhnə lampalar küçənin yalnız bir hissəsini işıqlandıra bilir. Ərazidə yaşayanlar bildirirlər ki, işıqsız küçədə sahibsiz itlərin də çox olması orada piyadaların hərəkətini daha da çətinləşdirir.
Sakinlər bildirirlər ki, Mingəçevirin ən ucqar məntəqələri də nura boyandığı halda, onların yaşadığı Yaşar Muradov küçəsi qaranlığa qərq olub.
Məsələ ilə bağlı Mingəçevir İşıqlandırma İdarəsinə müraciət etdik. Qurumdan "Xəzər Xəbər"ə təsdiqlədilər ki, geniş və ikitərəfli yol istiqamətinə malik olan küçə həqiqətən də birtərəfli qaydada zəif işıqlandırma sisteminə malikdir. Məsələnin həlli artıq gündəmdədir. İdarənin iş planına və növbəlilik qaydasına uyğun olaraq Yaşar Muradov küçəsinin işıqlandırma sistemi də tamamilə yenidən qurulacaq.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: