Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Sual verəndə cavabını gözləyin" - efirdə gərgin anlar - VİDEO

Tarix: 27 Noyabr 2023 19:35

Müğənni Mətanət Əsədova efirdə aparıcıları tənqid edib.

Milli.Az bizim.media-ya istinadən bildirir ki, sənətçi qonaq olduğu "Rəngarəng səhər" verilişində aparıcıların sualı verib, lakin cavab verməyə imkan yaratmamalarını pisləyib. 

Belə ki, Mətanət proqramın aparıcıları Zaur Nəbioğlu və Aysel Novruzovanın ona eyni anda sual verib sonra cavab vermək istəyəndə sözünü kəsməsinə əsəbiləşib. 

Əsədova "Sizdən bir-iki bayram böyüyəm. Sual verəndə qulaq asın, mən sizə cavab verim. Bu aparıcıların sual ünvanlayıb cavab verməyə imkan yaratmamalarına əsəbiləşirəm. Aparıcılar imkan vermirlər ki, biz onun sualına cavab verək. Durmadan danışır sanki, dil otu yeyib. Sual verəndə imkan verin, o sualın əsasında müğənni cavab verə bilsin. Baxın, görün ki, hansı müğənniyə hansı sualı verirsiniz..." deyərək fikirlərini dilə gətirib. 

Milli.Az


Etiketlər:  Sual verəndə cavabını gözləyin efirdə gərgin anlar VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ