Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Havanın temperaturu qalxır - 22 dərəcə isti

Havanın temperaturu qalxır - 22 dərəcə isti

Tarix: 6 Noyabr 2019 12:46

Bakı. Trend:

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 9-13, gündüz 15-18, Bakıda gecə 10-12, gündüz 16-18 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 55-65 faiz olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 5-10, gündüz 17-22, dağlarda gecə 1-6, gündüz 10-15 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza görə, noyabrın 7-də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi və meteoroloji amillərin zəif tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.


Etiketlər:  Havanın temperaturu qalxır 22 dərəcə isti


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ