Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Real”dan sürpriz həmlə - Razılığa gəlindi

“Real”dan sürpriz həmlə - Razılığa gəlindi

Tarix: 28 Noyabr 2023 11:44

"Real Madrid"də Karlo Ançelottidən sonra baş məşqçinin Argentina yığması ilə dünya çempionu olmuş Lionel Skaloni ola biləcəyi iddia edilib.

Sonxeber.net Metbuat.az-a istinadla xəbər verir ki, tərəflərin danışıqlara başladığı iddia edilir. Argentinadan "Doble Amarilla"nın məlumatına görə, "Real" argentinalı məşqçi ilə ilkin danışıqlara başlayıb. Tərəflər arasında ilkin razılaşmanın olduğu iddia edilir. FIFA Dünya Kubokunda çempionluq qazanan Skaloni, Dünya Kubokunun seçmə mərhələsində Braziliyanı səfərdə məğlub etdikdən sonra yenidən dünya futbolunun gündəminə gəlib.

Məlumata görə, Lionel Skaloni "Real"dan başqa digər Avropa klublarının da marağındadır.


Etiketlər:  Realdan sürpriz həmlə Razılığa gəlindi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ